Create New Playlist

Add a cover pic of your own choice

(Optional)

Name

AI Cover Generator

4 credits

Not enough credits (0/4).

Logout

Are you sure you want to Logout?

Close

Sonuncu Səhifə (Last Page) 2 by ORTAYA

SongGPT
Sonuncu Səhifə (Last Page) 2 by ORTAYA - Rap/Hip-Hop,Male Vocals music cover art

Sonuncu Səhifə (Last Page) 2

Rap/Hip-Hop,Male Vocals

0:003:48
Lyrics
Description
[Verse 1]
Tam'da hər şey gözəl olacağı deyirəm,
Sonra bir də ətrafa baxıram, mən, mən, heç o deyiləm...
Doğruları gözəl bilirdim, yalanlar ləzzət edirdi,
Mən kimi çox sevdimsə, o da bir gün gedirdi.
Özündə düz edirdi güya, amma ki səhv edirdi,
Fərqimiz bu idi: bax, mən sevir, sən gedirdin.
[Chorus]
Gündə bir qızla danışmırdım, mən sadiq idim,
Sevəndə babat sevirdim, sən buna layiq idin?
Mən sənə aşiq idim, amma sən başqa şeyə, nəysə,
Bunu boş ver getsin, onsuz da sevməmişdin...
[Verse 2]
20 Aprel 2021-də tanış olduq biz sənlə,
Əlimdə güllərlə, birdə ağ balaca ayı.
Həmin o gül satan dayı demişdi ağıllı ol,
Sevməz amma normal, ümid verər.
Süfrədən ayağa qalxmışam, ağlıma gəlmisən deyə,
Həmin günü ac qalmışam, yadaki neçəsə ay, həftə.
Görəndə ayağa durmuşam, məni hiss eliyəsən deyə,
Palojnan deyilmiş, məni sən çətin görərsən.
[Chorus]
Gündə bir qızla danışmırdım, mən sadiq idim,
Sevəndə babat sevirdim, sən buna layiq idin?
Mən sənə aşiq idim, amma sən başqa şeyə, nəysə,
Bunu boş ver getsin, onsuz da sevməmişdin...
[Bridge]
Mən belə düşünməmişdim, demişdim fərqli sevərsən,
Hamı bir gün gedirdi, bilmədim sən də gedərsən.
Sən mənə balam deyirdin, bilmədim yalan deyərsən,
Hahahah, gülməyim gəlir nəysə...
Ağlımda bir sual qalıb, gəl buna cavab tap, denən,
Nolardı yalanda olsa bir dəfə, canım zad denən?
Damarda qanımsan denən, mənə sol yanımsan denən,
Gecə sənə tövbə eliyirəm, səhər ilk günahım sənsən.
[Verse 3]
Dünənki ağlım olsa, indiki səhvləri etməzdim,
Göydəki ulduzlarda mən səni görməy istədim.
Bu sevgi sevinc deyil ki, mən səni qəlbən istədim,
Mən ciddi sevgi istədim, hə? De görüm sən nə istədin...
İstədim sevgidən yazım, mənim heç sevgim olmadı,
Bu sevgi işlərində, mənim heç bəxtim olmadı.
Nə yalan deyim sənə, gözümdə heç az dolmadı,
Dedim ki şeytana lənət, sənə niyə lənət olmadı?
[Chorus]
Gözüm sevinclə dolmadı, həmişə qəm qüssədəyəm,
Mənə etdiyin səhvlər idi, məni tək üstələyən.
Gözümdə canlanır əvvəl, amma ki heç istəmirəm,
Nə qədər istəməyən var, nə qədər gözü götürməyən.
[Outro]
Mən səninlə fəxr edirəm, sözünü eşitmək üçün,
Cavanlığ hədər etdim, sən bunu hirs başa düşdün.
Məni sən pis başa düşdün, əslində heç elə deyildi,
Yağışı sevmirdin güya? Çıxdın yağmura düşdün.
Mənə görə sevgi deyil, var dövlətdən ibarət,
Mənə görə yağış deyil, tək buluddan ibarət.
İstərəm xəyanətsiz, sadiq bir eşq yaşıyım,
Hamı dinə edirdi, mən sənə etdim ibadət.
Bəlkə də boz rəngin xəyalı ağ olmağ idi,
Bəlkə də qara olmağdansa boooz olmağı seçmişdi.
Mən sizin küçədən keçdim, çünki çox sevirdim,
De görüm küçənizdən mən qədər kim keçmişdi.